Barışma, dünya Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Barışma, dünya

Yoxlayıb əzmini iradəsini,
Geydirib libasın ən sadəsini.
Içirib həyatın qəm badəsini,
Sən sərxoş etməyə çalışma, dünya.

Həsrəti sən necə qandıracaqsan,
Ağlatmaq peşəsin dandıracaqsan.
Od tutsan, bizi də yandıracaqsan,
Nə olar, qəfildən alışma dünya.

Tanrı buyruğuna dünya, əməl et,
Əzəli nöqtənə sən salamat yet.
Sağ-sola boylanma, öz yolunla get,
Allahın işinə qarışma, dünya.

O da kainatın bir övladıdır
Gah acı tamıdır, şirin dadıdır.
Istinin, işığın gözəl adıdır,
Günəşlə öc düşüb yarışma, dünya.

Kədərdən, qüssədən sıyrılıb getsəm
İlahi əmrlə buyrulub getsəm.,
Səndən əbədilik ayrılıb getsəm,
Heç vaxt yoxluğumla barışma, dünya.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2019 11:19:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu