Bağlı qapım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3842

ŞİİR


29

TAKİPÇİ

Bağlı qapım

Xalçaya toxumaz ki,
Qırmızımı, abımı.
Kimsələr oxumaz ki,
Ayrılıq kitabımı.

Zaman yenə qan edər,
Gecəni al dan edər.
Tanrı imtahan edər,
Yoxlar dərdə tabımı.

Mən ki günahsız mələk,
Neynədin zalım fələk.
Əsdi ruzigar, külək,
Qırdı ümid sapımı.

Torpaq isidəcəkmi,
Şaxta üşüdəcəkmi.
Desəm, eşidəcəkmi
Söhbətimi, gapımı.

Yalvarıram Allaha,
Çıxaq nurlu sabaha.
Aydın gedib, bir daha
Açmaz bağlı qapımı.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.09.2026 06:02:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!