Azerbaycan, Azerbaycan

Seyraqif Coculu
93

ŞİİR


1

TAKİPÇİ

Azerbaycan, Azerbaycan

AZƏRBAYCAN, AZƏRBAYCAN

Zaman keçir, biləmmirik yaşını,
Tarixlərdə ağartmısan başını,
Cox sevirəm torpağını, daşını,
Sən də bir can, mən də bir can!
Azərbaycan!, Azərbaycan!

Torpağında neçə tayfa yerləşdi,
Bir-birinə qardaş deyib birləşdi,
Nə səbrimiz, nə də məkan darlaşdı,
Adımladın zaman-zaman!
Azərbaycan!,Azərbaycan!

Zaman, zaman yeridilər üstünə,
Bölmək üçün, dayandılar qəsdinə,
Meydan oldun düşməninə, dostuna.
Torpağına töküldü qan!
Azərbaycan!, Azərbaycan!

Əzbər oldun fatehlərin dilində,
Parçalandın yağıların əlində,
Bir sonu var hər əzablı yolun da,
Bitəcəkmi qanlı dövran!
Azərbaycan!, Azərbaycan!

Coculu der, Araz axır, ağlayır,
O tay, bu tay yollarını bağlayır,
Bu ayrılıq sinəmizi dağlayır,
Ora bir yan, bura bir yan!
Azərbaycan!, Azərbaycan!

Seyraqif Coculu
Kayıt Tarihi : 26.7.2025 20:58:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!