Ayrılık axır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3694

ŞİİR


27

TAKİPÇİ

Ayrılık axır

Haraya daş atsan, hicrana dəyir,
Yanımdan keçəndə başını əyir.
Üzündə təbəssüm hey gülümsəyir,
Sil gözün yaşını, ayrılıq baxır.

Şimal dediyini indi şərq edir,
Yaxşımı, yamanmı,Eh, nə fərq edir.
Hər yanı qaranlıq nura qərq edir,
Həsrətin göyündə ayrılıq çaxır.

Vüsalın elçisi hicrə yar imiş,
Ilahi, necə də bəxtiyar imiş...
El-aləm naləmə nədən kar imiş,
Məhəbbət çayından ayrılıq axır.
07.01.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2019 14:12:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.
  • Emel Ercan Sağtürk
    Emel Ercan Sağtürk

    Tebrikler

    Cevap Yaz

TÜM YORUMLAR (1)

Sevinc Arzulu