Ayrılığın son hecası Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Ayrılığın son hecası

Silib ayrılığın son hecasını,
Ayrını ayıraq yer kürəsindən.
Öyrənib vüsalın əlifbasını,
Sözləri üyüdək kirkirəsində.

Bəzən çaşdığımdan geriyə qaçıb,
Həyatda yerimi tapammıram ki.
Ölümdən bir azca bəriyə qaçıb,
Ağ murad atını çapammıram ki...

Qaranlıq şəhərin işıqlarını,
Qəlbimin közüylə yandırıram mən.
Dünyanın ən nadinc uşaqlarını,
Bir kəlmə sözümlə qandırıram mən.

Təbəssüm üzümə sığal çəkibdir,
Kədəri gizlədən şərab kimidir.
Bir qədər ərköyün,cığal çəkbdir,
Uzaqda görünən sərab kimidir.

Harayın yarımçıq qoyub hayımı,
Dözümü özünə sipər eyləyib.
Hamıdan gizlədib sevinc payımı,
Kipriyi gözümə çəpər eyləyib...
30.03.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 3.4.2019 16:56:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu