Ay ismi-pünhan, necesen Şiiri - Sevinc A ...

Sevinc Arzulu
3698

ŞİİR


27

TAKİPÇİ

Ay ismi-pünhan, necesen

Xəyalım hey aramada,
Tellərimi darama da.
Neynim, könül yarama da,
Tapmadım dərman, necəsən.

Ayrılıq aparır məhvə,
Gözün yummadı səhvə.
Deyən sən də düşdün əvfə,
Verildi fərman, necəsən.

Tufan keçdi gül düzündən,
Gecəsindən, gündüzündən.
Sənin günahın üzündən,
Pozuldu peyman, necəsən.

Xatirələr coşqun dəniz.
Hər dalğası saf və təmiz.
Bəlkə bir gün ğörüşək biz.
Yetişdi zaman, necəsən.

Duymadın eşq dadını da,
Sevindirdin yadını da.
Çəkəmmirəm adını da,
Ay ismi-pünhan. Necəsən.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.4.2025 09:06:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!