Göz-gözə gəlincə gözdən vuruldum, 
Sənin gözlərinin qarasıdır eşq…
Görəndə anladım, qəlbim yarımmış…
Qəlbimin səndəki parasıdır eşq…
        
Sevincə gözlərim  alışdı nəmə…
Ömürlük dost oldum kədərə- qəmə…
Sevincə doğuldum başqa aləmə …
Bilmədim  dünyanın harasıdır eşq…
      
Yarama duz basdın  öz əllərinlə…
Yandırıb oynadın sən küllərimlə …
Gətirdin sonumu əməllərinlə…
Bilməzdim bir belə yorasıdı  eşq….
     
Məni tərk etdiyin o gündən bəri, 
Darıxır qəlbimin sən olan yeri…
İndi gəl…. ovut bu xatirələri, 
Könlümün qanayan yarasıdır eşq…
    
Dünyanın eşqləri boşmuş, yoxladım..
Ümidi  Tanrıya, haqqa bağladım,
O biri tərəfə  pənah saxladım….
Bəlkə də ölümdən sonrasıdır eşq….
Eşq-aşk
Qarasıdır-karasıdır
Qəlbim-kalbim
Harasıdır-neresidir
Darıxır-özlüyor
Ovut-avut
Yoxladım-denedim
Kayıt Tarihi : 12.1.2025 23:29:00
 
 
 
 
 Şiiri Değerlendir
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!