Ayrılıq sözünü nəm qaşıyırıq,
Fərəhi paylayıb qəm daşıyırıq.
Eh,hardan bilsinlər nə yaşıyırıq,
Heç kəsə gəlməsin asan ömrümüz,
Qəlblərdə duyğular oyadacaqmı,
Qaranı bəyaza boyadacaqmı.
Əvvəlki halına qayıdacaqmı,
Bir azca avara, pasan ömrümüz.
Dərdi var, səri var yüz dağ ağırı,
Çətində köməyə yarı çağırı.
Haqsızın üstünə bar-bar bağırıb,
Ədalət önündə susan ömrümüz.
Uşağı uşaq tək sevin dindirən,
Böyük qarşısında başın endirən.
Həsrəti hicrana sirdaş göndərən,
Vüsalın yolunu pusan ömrümüz.
Kayıt Tarihi : 25.2.2021 05:04:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!