Pəncə, yekə Sə deyəndə,
Canavara Mə deyəndə,
Özgəsinə hə deyəndə
Zaman özü öc aldı.
Hicrin başın tumarladı,
Yollarını hamarladı.
Vüsalını qamarladı,
Həsrətini gec aldı.
Nə gözlərsən qara duldan,
Verməz sənə para- puldan.
Əsir olan xara quldan,
Qul sahibi bac aldı.
Gül önündə çökdüm ki mən,
Dibinə su tökdümki mən.
Elə nalə çəkdim ki mən,
Ay-ulduza ucaldı.
Dərdi başdan atmamışkən,
Torpaq altda yatmamışkən.
Altmış yaşa çatmamışkən,
Arzularım qocaldı.
Kayıt Tarihi : 5.12.2021 17:55:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!