Qismətimə səbr yazan,
Taleyimə cəbr yazan.
Neynəyərsən, qəbirqazan
Səhərin sabah olmasa.
Hey gedirsən Ona doğru,
Başlayacaq sual-sorğu.
Min il yaşar insan oğlu.
Etdiyi günah olmasa.
Il bizə düşmədi sonda,
Bahar gəldi qara donda.
Neynəyərik görən onda,
Tanrımız pənah olmasa.
Sonunda biz kim olarıq,
Qan ağlayan sim olarıq.
Düşmənə təslim olarıq,
Əlmizdə silah olmasa.
Qəlb evini kimsə yıxmaz,
Ürəyimi dostlar sıxmaz.
Ruhumuz bədəndən çıxmaz,
Sonunda bir “ah” olmasa.
Kayıt Tarihi : 26.5.2020 10:32:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!