Ağsaqqal Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2531

ŞİİR


10

TAKİPÇİ

Ağsaqqal

Pəncərə yerində al gül dəstəsi,
Tarixin təkəri gerimi dönür.
Beynimdə nənəmin həzin bəstəsi,
Babamın nə yaman yeri görünür...

Uşaqlıq illərim xəyalımdadır,
Ovcuma qəpiklər qoyardı babam.
Tanrım, xatirələr nə şirin dadır,
Tək bircə tikədən doyardı babam.

Bizə yedirərdi süfrədə nə var,
Əlinin sığalı başımda qalıb.
Indi qəbri üstə yağır yağış, qar
Gözlərim olmayan daşında qalıb.

Vaxtında hər çiçək, yarpaq solmalı,
Ətrindən, nəqşindən heç doyulmasın.
Torpaqdan yaranan torpaq olmalı,
Vəsiyyət etdi ki daş qoyulmasın.

Daim yaxşılığı dost, həmdəm seçib,
Ağsaqqal kişisi olub obanın.
İndi ölümündən neçə il keçib,
Ruhu pərvaz edir göydə babamın.

Sevinc Arzulu
Kayıt Tarihi : 27.11.2019 07:38:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!