Ağlatmayaq Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2154

ŞİİR


8

TAKİPÇİ

Ağlatmayaq


Sənin qara gözlərində,
Günəş çıxar, ay batar.
Dərin yara sözlərindən
Səhralıqda çay batar.

Köksüm altda yuva salıb,
Həsrətin ayaq izi.
Qumsallıqda oba salıb,
Dəli sevdamız bizim.

Sevdamızın ağılını,
Görən kim oğurlayıb?
Aşiq-məşuq nağılını,
Eşitcək sim ağlayıb.

Ağlayıbdı neçə kərə,
Zildən nalə çəkərək.
Aha bürünüb dağ-dərə,
Gözündən yaş tökərək.

Ağlatmayaq sevdamızı,
Onu xoşbəxt eləyək.
Nur bəzəsin odamızı,
Gözəl arzu diləyək...
09.03.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 3.4.2019 16:59:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!