Adamıq artıq Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2571

ŞİİR


10

TAKİPÇİ

Adamıq artıq


Elə sönüb, alışmaz ki közümüz,
Sevgi ilə baxmayır ki gözümüz.
Uyğun gəlmir daha söhbət-sözümüz,
Bir evdə iki yad adamıq artıq,

Bizi belə yaratmayıb təbiət,
Olmamışıq ki pis məram, pis niyyət.
Yaraşırmı bizə böylə xasiyyət?
Dərdə dost, qəmə şad adamıq artıq.

Bir evin qayğısın qoşa çəkərdik,
Qanqalı çıxarıb çiçək əkərdik.
Bir vaxt şirin idik, bir vaxt şəkərdik,
Acı hiss, acı dad adamıq artıq.

Sevinc Arzulu
Kayıt Tarihi : 15.1.2020 06:53:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!