1984
Uinstonla dərdləşmək
Ürəyim sıxılır, Uinston.
Sənin elektrik stolunda
Dişlərin sıxıldığı kimi.
Hələ ki, xəyanət etmir dilim mənə
İki üstəgəl iki dördə bərabərdi.
Kamera sənin kimi məni də izləyir, Uinston.
Rejissorluğum tutur onları görəndə
Bir gün mən də onları “çəkəcəyəm”.
Yox, yox ümid deyil bu
Corc Oruel demiş: “Nifrət etmək də azadlıqdır.”
Mən də görüşə tələsirəm,
bir nəfərlik çarpayıya iki ürək sığdırmağa.
Susa bilmirəm, əzizim
zatən cibimdə siçovullar oynayır.
Baş barmağımı kəsmişəm, Uinston.
2+2 nə 3-ə, 5-ə, nə də 6-ya, məhz 4-ə bərabərdi.
Burnumdan axacaq iki damla yaşa qədər.
Türkan ZamanovaKayıt Tarihi : 25.8.2018 01:55:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!