Zelzele Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3729

ŞİİR


28

TAKİPÇİ

Zelzele

Unutmursan olanları, keçənləri,
Haqq dünyasın özünə yurd seçənləri.
Bilirəm ki yatammırsan gecələri,
Ürəyində bir zəlzələ qorxusu var.

Günəş dağda gecələyir, ay limanda,
Min bir təlaş oxuyuram ay simanda.
Ana yerdə, ata göydə, asimanda,
Çəkilməyən rəngli barıt qoxusu var.

Ana Vətən iztirabın tək əlacı,
Qayıt geri, bitsin artıq ağrın-acın.
Görüşərik günün biri, əziz bacım,
Gözlərində min illərin yuxusu var.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.5.2025 06:36:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!