Bilirəm, sən mənsiz quru bir bədən.
Özün öz halını duymursan nədən7
Sızıb ürəyimə lal xəritədən,
Adını gizlicə yazmısan, zalım.
Dilimin əzbəri məsəl-deyimsən,
Dalımca danışıb azca deyin sən.
Mənə doğru gələn yolda deyilsən,
Məhəbbət çölündə azmısan, zalım.
Qızına bilmədim sənin tüstünə,
Ancaq gözüm çıxdı qara tüstünə.
Məni tənha qoyub qaya üstünə,
Özgənin adını yazmısan, zalım.
05.09.2018
Kayıt Tarihi : 7.9.2018 08:00:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!