Yox kimi yaşamaq
Yox kimi yaşayır insan
O yalnızlığına həkk olubdur çoxdan
Yaşayır bir qapalı qutuda
Heç kəs yad etmir onu fanusda
Hamı qalır indi tək otaqlı evlərdə
Qaynayıb qarışmağa yoxdur ailə də
Birliyin, bərabərliyin istiliyini unudublar
Eşqin mehrabının dadını xatırlamırlar
Biz axtarmırıq keçmişimizi, dostlarımızı
Yansıtmırıq dərindəki yaşanmışlıqlarımızı
Paylaşmırıq xatirələrimizi, xəyallarımızı
İnsan insanlıqdan çıxıbdır, budurmu yaşamaq?
Yox kimi yaşamaq, ot kimi yaşamaq
Yalnızlığı ilahiləşdirərək ikiüzlülüyü yadsılamaq
Sanki biz dünyaya tək qalmağa gəlmişik kimi
Muzeylik bir əsər imişik kimi
Heykəllərimiz hər yerdə imiş kimi
Biz artıq özümüz ayrı-ayrı bütlərik
Allahdan başqasına təklik məxsus deyil dedik
Amma özümüzü ilahlaşdırıb yalnızlığı sirdaş etdik
İblis bizi aldatdı, biz ona heç nə demədik
Şeytanlarla mübarizə üçün gəldiyimizi unudub getdik.
Yox kimi yaşamaq, ot kimi yaşamaq
Bizi birləşdirən hər şeyi yadsılamaq
Mənəviyyatdan tamamilə uzaq qaçmaq
Cəsarətli və mərd idik
Düşmənimizə sevdiyimizi əmanət edəcək qədər
Alı kişiləri, Qoçaq Nəbilər kumirlərimiz edirdik
Torpağımıza qanımızın son damlasını verənə qədər
İndi Allahın salamı belə alınmır səhərləri
Asıq-pusuq siluetlər bürüyübdür şəhəri
Ruhsuz binalarda yaşayan bomboz insanlar
Görmək üçün eynək taxıb görməyən kardinallar
Rəngli-rəngli paltarlar geyinirlər
Amma heç birinin daxili rəngli deyil, bilmirlər
Biz məhv olmuşuq, ehsanımızı veriblər
Əcdadımızın ağrısını sindirməyənlər indi əcdadımıza söz söyləyirlər.
Kayıt Tarihi : 20.10.2025 22:04:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!