Yorulub getsem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Yorulub getsem

Yadların önündə başını əyən,
Demirəm özgənin gülünü bəyən.
Gözlərin kimisə axtarır deyən,
Getməyin vacibsə, burulub get sən.

Günəş baxışıyla daraya yolu,
Ulduzlar axtarıb araya yolu.
Bilmirəm, düşəcək haraya yolum,
Əzabdan, ağrıdan yorulub getsəm.

Ay Sevinc, nə namərd insanla barış,
Nə də ki xeyir-şər işinə qarış.
Görən tanıyarmı məni dost-tanış,
Görüşə qüssədən yoğrulub getsəm.
13.06.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2019 11:24:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu