Qırxa çatmayıb yaşım,
Yaman ağarıb başım.
Korşalıbdır yaddaşım,
Küləklə sovrulmuşam
Daha mən yorulmuşam.
Sən olmusan gərəyim,
Mənim arxa-dirəyim.
Tab gətirmir ürəyim,
Dər-qəmdən qovrulmuşam.
Daha mən yorulmuşam.
Ulduz kimi sönmüşəm,
Bir mələyə dönmüşəm.
Göydən yerə enmişəm,
Kədərdən yoğrulmuşam.
Daha mən yorulmuşam.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:45:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!