Gəlişinə aldanmışam,
Görüşünə aldanmışam.
Görnüşünə aldanmışam,
Gördüklərim ilğım imiş.
Hiyləni də bacarmadım,
Heç nəyi də bacarmadım.
Hörməyi də bacarmadım,
Hördüklərim yulğun imiş.
Dilimdə heç yalan olmaz,
Yaxşılara yaman olmam.
Düzlüyə göz yuman olmam,
Yorduqlarım yorğun imiş.
Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 15:58:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!