Görüşünə mən qərarsız,
Səni gördüm etibarsız.
Hey gülürsən arsız-arsız.
Utanmayırsan heçmi sən.
Açılmayıb hələ ucu,
Yaxındadır hicran köçü.
Görən sanar eşqin üçün,
Oddan , alovdan keçmisən.
Şeytan görünür gözünə,
Isinəcək od-közünə.
Bilirsənmi sən özünə
Yaraşmayan yol seçmisən.
Kayıt Tarihi : 1.5.2022 15:19:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!