Qoruyaram mənliyimi,
Həyatsevər şənliyimi.
Verin ömür tənliyimi.
Astaca həll edərəm.
Dərdimi dedim suya,
Özümə gəldim guya.
Nə verməliyəm dünya,
Mən borcumu ödərəm.
Dağ-arana baxmaram,
Ağ-qarana baxmaram.
Qar-borana baxmaram,
Vüsala yol gedərəm.
15.08.2014
Kayıt Tarihi : 10.6.2018 15:53:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!