Yol çekir Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Yol çekir

Yenə də göstərir bax, zalım fələk nər dişini,
Dəyişə bilmərik heç adətini, vərdişini.
Necə də özləyirəm sənin hər bir gəlişini,
Ürəyim səksəkədə , ala gözlərim yol çəkir.

Yaxşını ya da pisi sən indidən seç, ürəyim,
Yamanın üstündəncə addımlayıb keç.ürəyim.
Əbədi itirməyə tablamaz ki heç ürəyim,
Bilirsən, ayrılığa təkcə sözlərim qol çəkir.

Özümü itirmişəm,titrəyirəm həyəcandan,
Nə təpər qalacaq ki, ay əzizim, yarı canda.
Gecənin zülmətində azmışam mən biyabanda,
Atəşim sağa gedir, sönmüş közlərim sol çəkir.

Həmişə kəndisinə qayğı, məhəbbət umanım,
Geriyə dönməyinə qalmayıbdır heç gümanım.
Nədən vəfasız oldun, pozuldu əhdi- peymanın,
Yalanın minlərcədir, mənim düzlərim nol çəkir.

Gündüzün duman alır, zülmət olur gecələri,
Bu yoldan dönüb gedib bilirsənmi neçələri.
Boşuna addımlama soyuq, asfalt küçələri,
Torpağın hərarətin dərin izlərim bol çəkir.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.4.2025 06:26:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!