Yetirdim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3738

ŞİİR


28

TAKİPÇİ

Yetirdim

Bu soyuq küləklər əsir haradan,
Bəzən seçməyirəm ağı qaradan.
Sənə yalvarıram uca Yaradan,
Qorxulu etmə gəl uyğularımı.

Astaca bivəfa dostu yanladım,
Pıçıltı səs ilə onu danladım.
Mən necə qabardım, necə anladım,
İçimdə gizlənən duyğularımı.

Gözəl gələcəyi xəyal edirəm,
Ulduzu doğrayıb hilal edirəm.
Hey özüm – özümə sual edirəm,
Fələk azaldarmı qayğılarımı.

Lalənin üzündə qaralan xalam,
Ayrılıq önündə dinməzəm, lalam.
Baş əyib hamıya verərək salam,
Yetirdim dostlara sayğılarımı.

Sevinc Arzulu
Kayıt Tarihi : 2.10.2025 10:20:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!