Olmadı ki bir dəyəm,
Yayda gedəm, bir dəyəm.
Qorxuram ki büdrəyəm,
Eh, yollar kələ-kötür.
Dənizdə ada qalsın,
Ləzzəti dada qalsın.
Cəhənnəm yada qalsın,
Məni cənnətə götür.
Sübhümdə, danımdaydın,
Ən gözəl anımdaydın.
Sağlıqda yanımdaydın,
Ölmüşəm, yerdən götür.
01.03.2019
Kayıt Tarihi : 9.3.2019 10:13:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!