Əzrail planı elə qurdu ki,
Sözünün üstündə elə durdu ki...
Sonunda möhürü elə vurdu ki,
Bir kəlmə qırmızı “Yaşa” yazmadı.
Gün-gündən quruyan gölümü gördüm,
Səhraya oxşayan çölümü gördüm.
Hayana baxdımsa ölümü gördüm,
Həyat karvanında başa yazmadı.
Ulduzlar bizsiz də göydə sayrışır,
Hərdən də ay ilə küsüb barışır.
Nakam sevgimizdən hamı danışır,
Fələk bəxtimizi qoşa yazmadı.
Ümidlə açıldı mənim sabahım,
Heç bəlli olmadı kimsəyə ahım.
Nələrə qadirdir uca Allahım,
Yəqin bildiyi var.Boşa yazmadı.
Bunca çəkdiyimiz görəsən azmı,
Bizi ayrı salan.De, jkeyfin sazmı.
Fələk adımızı səmaya yazmış,
Divara yazmadı, daşa yazmadı.
Kayıt Tarihi : 19.1.2022 06:12:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!