Haray-maray salsa da,
Yerin bağrın dəlsə də,
Suyu güclü gəlsə də,
Kanal çay olmadı ki...
Zülmətdə ağrasalar,
Günəşi oğrasalar,
Nə qədər doğrasalar,
Ulduz ay olmadı ki.
Yol gözlər o qız kimi,
Tək-tənha, yalqız kimi.
Eh, keçdi payız kimi,
Bu yay yay olmadı ki...
Kayıt Tarihi : 30.10.2019 10:30:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!