Uzaq düşüm məlalımdan,
Əl çəkməyim cəlalımdan.
Bir-bir keçin xəyalımdan,
Ömrümün nəqşi adamlar.
Azalmaz ki məhəbbətim,
Sevdiyimə sədaqətim.
Mənə Tanrı əmanəti,
Taleyin bəxşi adamlar.
Soruşmazsız niyə, neyçin?
Gözəl anı sevib-seçin.
Bu qapıdan gəlib keçin,
Hardasız, yaxşı adamlar?
Kayıt Tarihi : 12.3.2020 14:13:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!