Yaşıyıram men Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

Yaşıyıram men

Qarğışa, naləyə haqq eylədiyi,
Ölümün oluma şəkk eylədiyi,
Zamanın qayaya həkk eylədiyi,
Ayrılıq sözünü qaşıyıram mən.

Bilirəm əzizim, bu qızıl qayda,
Düşmənə dost demək gətirməz fayda.
Ürəyim kiçikdir, ovucum boyda,
Könlümdə bir dünya daşıyıram mən.

Ağaran telimi külək yolsa da,
Zamanla üzümün rəngi solsa da,
Adımın mənası fərəh olsa da
Kədərin qoynunda yaşıyıram mən.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.12.2020 10:27:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu