Yaşına gelerem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3719

ŞİİR


28

TAKİPÇİ

Yaşına gelerem

Yenidəncə qurularam,
Araz kimi durularam
Bəlkə bir gün vurularam,
Qara qaşına gələrəm.

Yaşamırıq doymaq üçün,
Fərəhh hissin soymaq üçün.
Bir dəstə gül qoymaq üçün,
Məzar daşına, gələrəm.

Xatirənin üzü çönüb,
Parlayan ulduzu sönüb.
Əlvan kəpənəyə dönüb,
Dönnəm başına, gələrəm.

Yatınb qalsa oyaqlarım,
Köhnələrsə boyaqlarım.
Yeriməsə ayaqlarım,
Minnəm maşına, gələrəm.

Bir borc idim, ödəmmədim,
Son görüşə gedəmmədim.
Bu gün təbrik edəmmədim,
Gələn yaşına gələrəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 27.8.2025 05:18:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.
  • Orhan Erdoğan
    Orhan Erdoğan

    İncelikli, her tümcesi özenle kurulmuş, şiir tavını vurgulayan güzel bir şiirdi.Kaleme yön veren yüreği ve emeği kutluyorm.

    Cevap Yaz

TÜM YORUMLAR (1)