Yaşa dolar hesretin Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3729

ŞİİR


28

TAKİPÇİ

Yaşa dolar hesretin

Vüsalımın pis gününə güləcək,
Sevincini hicranla tən böləcək.
Sanırdım ki qocalıban öləcək,
Mənimlə bir yaşa dolar həsrətin.

Dəstə-dəstə çöl çiçəyi dərəndə,
Xoş ətirli əlvan çələng hörəndə.
Gülümsəyən gül simamı görəndə,
Vüsalıma naşad olar həsrətin.

Addım-addım keçiləcək zəmisi,
Heç sanma ki kiçiləcək zəmisi.
Vüsalımın biçiləcək zəmisi,
Yığılmayan başaq,solar həsrətin.

Yaradandan ən qiymətli tac alar,
Ayrılığı əsir edər, bac alar.
Bal vüsalım günü-gündən ucalar,
Əbədilik uşaq qalar həsrətin.

Dağ-dərələr bürünər mavi tülə,
Asta-asta sürünər qızılgülə.
Vüsal dönər bal ləhcəli bülbülə,
Dərdli-qəmli yanşaq, çalar həsrətin.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.4.2025 16:03:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!