Ayağımda dəmir çarıq,gəzirəm
Etibarsız,qaçaq yarım,hardasan.
Göz yaşımı muncuq təki düzürəm,
Pozulubdur əhd-ilqarım,hardasan.
Qəm qaçırtsın gözlərinin yuxusun,
Başın üstdə sarı bülbül oxusun.
Lal həsrətim baxışımdan oxunsun,
Mənim igid vəfadarım,hardasan.
Bu dağların başı yenə dumandır,
Ümidlərim təsəllidir,gümandır
Ayrılığın sərt üzü nə yamandır,
Qaralacaq bəyaz qarım,hardasan.
Kayıt Tarihi : 5.4.2025 14:46:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!