Yar eyledin Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3698

ŞİİR


27

TAKİPÇİ

Yar eyledin

Sındırıban qəfəsimi,
Azad aldım nəfəsimi.
Qaldırıban haqq səsimi,
Düşmənləri kar eylədim.

Baxıb süni göz-qaşına,
Parıldayan qaş-daşına.
Əyri baxanın başına,
Gen dünyanı dar eylədim.

Dağım, az çək sən eşməni,
Düzüm,qurutma çeşməni.
Bir şerimlə ol düşməni,
Ax, gör necə xar eylədim.

Sözün kalsa utanmazdım,
Canın alsa utanmazdım.
Sənə qalsa utanmazdım,
Mən özümdən ar eylədim.

Ədalətin üzü çöndü,
Haqsızın ulduzu söndü.
Dostlarım qartala döndü,
Düşmənləri sar eylədim.

Qızıldan saray qurmadım,
Üstünə naxış vurmadım.
Sənin tək üzə durmadım,
Həqiqəti var eylədim.

Qapınızda toy-düyündür,
Eşidilən qəmli ündür.
Zalım fələk, bu nə gündür
Kimi kimə yar eylədin.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.8.2021 06:42:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu