Yalan ve heqiqet Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3711

ŞİİR


28

TAKİPÇİ

Yalan ve heqiqet

Dolaşıb ümidin ayaqlarına,
Xəyal gözlərini qırpıb baxırdı.
Dalaşıb yalanın dayaqlarıyla,
Həqiqət özünü çırpıb axırdı.

Məhkəmə olacaq, açıq məhkəmə,
Bütün cinayətlər sıralanacaq.
Bəs nədən bizlərdən qaçır məhkəmə,
Həqiqət köksündən yaralanacaq.

Qərar qəbul edin: Doğru və düzgün,
Yalan boğazından asılmalıdır.
Yalan pıçıldayar oğrun və üzgün:
-Qanunlar yenidən yazılmalıdır.

Neçə il verəcək doğru yalana,
Bəlkə də ömürlük.Nə bilmək olar.
Işi dirənibdir artıq dalana,
Nə bir söz söyləmək, nə gülmək olar.

Söndürüb arzunun gur ocağını,
Qızınmaq istəyir tüstüsünə o.
Tapıb həyatının kor bucağını,
Dözəcək soyuğun istisinə o.

Sanki bu dünyaya erkən gəlibdir,
Nə əli işləyir, nə də ayağı.
Yalan qayığına yelkən gəlibdir,
Elə sözlər deyir aqil sayağı.

Sözdəndir yalanın dəmir silahı,
Ölçə də bilmirəm, vurur uzağı.
Başının üstündə görmür Allahı,
Üşüdür hamını soyuq-sazağı.

Yalanın qəribə fəlsəfəsi var,
Addımı atır ki bəlkə yeridi.
Bilmir ki dünyanın daş qəfəsi var,
Məhz ora yalanın əsir yeridi.
11.11.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:03:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu