Yağış olaram Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3774

ŞİİR


28

TAKİPÇİ

Yağış olaram

Sən idin, əzizim, ləl-cəvahirim,
Mən sənin gözündə ziynət olmadım.
Sən mənim əbədi könül şairim,
Heç səndən mən əla qiymət almadım.

Kəsildim daima həyat dərsindən,
İkilər dalbadal düzüldü, neynim.
Həyat şillə vurdiu əlin tərsindən,
Ümidim fələkdən üzüldü, neynim.

Mən azlıb qalmışdım bataqlıq icrə,
Bircə yol əl atıb heç çıxartmadın.
Sən donub qalmışdın yaltaqlıq içrə,
Özünü, mənicə kec, çıxartmadın.

Nəyimə lazımdır bu fani dünya,
Əgər bir ucunda sən olmadınsa.
Ah qatil, yalançı, gah cani dünya,
Eh, üzüm gülərmi şən olmadınsa.

Xəyal eyləyirsən hər diləyində,
Göylərə ucalan alqış olaram.
Sən mənin gözümə nur çiləyəndə,
Mən sənin gözündə yağış olaram.

Sevinc Arzulu
Kayıt Tarihi : 22.12.2025 15:32:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!