Yaşasın saf məhəbbət,
Etibar və sədaqət.
Göydən yerə səadət
Uman yağışım yağır.
Sərin küləksən, mehsən
Yaradanına əhsən.
Hər yanı bürüyüb çən.
Duman yağışım yağır.
Yolunu sal bəriyə,
Bəlkə buzlar əriyə.
Dönərsənmi geriyə,
Guman yağışım yağır.
11.11.2017
Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:37:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!