Yağış Yağır Şiiri - Şahin Sahibzade

Şahin Sahibzade
1

ŞİİR


0

TAKİPÇİ

Yağış Yağır

Yağış yağır... Nə gözəldir bu dünya,
Fəsil-fəsil dəyişir öz donunu.
Yağış yağır, xatırladım səninlə,
Sön görüşü, son ayrılıq anını...

Yağış yağır, hər damlası bir sirdir,
Hansı günün yaddaşıdır bu yağış?
Bəlkə göylər yas tutubdur dərdimə,
Həsrətimin göz yaşıdır bu yağış...!

Kaş düşəydi bu yağışn izinə,
Səadətim göydən yerə enəydi!
Kaş ki göylər ağlamazdı dərdimə,
Kaş bu yağış vüsalıma dönəydi!

Şahin İlqar

Şahin Sahibzade
Kayıt Tarihi : 15.1.2018 23:40:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
ÖNCEKİ ŞİİR
SONRAKİ ŞİİR
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Şahin Sahibzade