Addımlayıb asta-asta,
Bizim ensiz küçələri.
Yavaş-yavaş, usata-usta
Yol salıbdır neçələri.
Hər qarışda addım səsi,
Keçənlərin ləpiri var.
Ürək ölüm tərsanəsi,
Köçənlərin qəbiri var.
Qəbir üstdə dua etmək,
Özü böyük bir savabdır.
Azadlığı şüar etmək,
Əsarətə bir cavabdır.
Nə bilər ki haqq səsini,
Bu dünyaya yaymayanlar.
Öxuyar son nəğməsini,
Ədaləti saymayanlar.
Ovulanda zülmün gözü,
Nur paylayar mavi səma.
Məhv olanda zülmün özü.
Ürəklərə yağış damar.
Kayıt Tarihi : 21.4.2025 05:49:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!