Ya bahardı, ya qışdı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3774

ŞİİR


28

TAKİPÇİ

Ya bahardı, ya qışdı

Gözlərim axtarır yenə o qızı,
Qova bilmədi ki duman-ayazı.
Bilmirəm nədəndir sevməm payızı,
Mənim fəslim ya bahardır, ya qışdı.

Fələk nədən zəhər etdi aşını,
Acı ilə kirlətdi üst-başını.
Ah.görəndə mərmərdən baş daşını,
Axır gözüm yollarından yığışdı.

Yaman əsir payızın boz yelləri,
Dərdi yumaz qara-qara selləri.
Şeir dedim, heç görmədim əlləri,
Umduğum tək qəlbdən gələn alqışdı.

Qəmli günlər, tez adlayıb ötüşün,
Hicran ilə, həsrət ilə öpüşün.
Gözlərindən çay tək axan gülüşün,
Kədərimin üstə yağan yağışdı.

Gözümə görünsə alagözlü yar,
Bilirsən, olacaq dünya başa dar.
Deyən libasımı bəyənmədi xar,
Məni görçək dost düşmənlə baxışdı.

Sevinc Arzulu
Kayıt Tarihi : 22.12.2025 15:33:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!