Xatireler xatirine Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3729

ŞİİR


28

TAKİPÇİ

Xatireler xatirine

Olub -keçənləri anaq,
Ayrılıq oduna yanaq.
Nə olar ki daldalanaq,
Xatirələr çətirinə.

Demirəm ki hicran azsın,
Vüsala bir quyu qazsın.
Hərə bircə kəlmə yazsın,
Xartirələr sətirinə.

Gözlərimə çıraq ol sən.
Qəm-qüssədən iraq ol sən.
Dostum, bir gün qonaq ol sən,
Xatirələr fətirinə.

Hər tərəf al-əlvan çiçək,
Bir də zərif ağ kəpənək.
Ay əzizim, gəl bürünək,
Xatirələr ətirinə.

Daha bəsdir, göydən enək,
Od almayaq qəfil, sönək.
Bir anlığa geri dönək,
Xatirələr xatirinə.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.4.2025 08:58:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!