Sənsizliyi dərd sanıb,
Ürək qəmdən usanıb.
Söz deyəndə utanıb,
Yerə baxan Arazım.
Bozdağ çəkər eşməni,
Söyləyər “Gəl aş məni”.
Sevindirib düşməni,
Dostu yaxan Arazım.
Qorxmaz bir igid oldun,
Nələrə şahid oldun.
Cavankən şəhid oldun,
Nur tək çaxan Arazım.
Xatırələr an kimi,
Sinəmdəsən can kimi.
Damarımdan qan kimi,
Daim axan Arazım.
Əzəmətim,vüqarım
Zirvələrdə ağ qarım.
Sən Xaçınım, Qarqarım,
Sən mənim xan Arazım.
Sevinc Arzulu
Kayıt Tarihi : 9.3.2019 10:19:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!