Nə dəbdəbəli  saraylarda böyütdü məni,
nə daxmalarda yaşatdı,
sadəcə orta bir evimiz oldu.
nə kimsədən  yüksək yaşadıq,
nə də kimsələrin qarşısında alçalmadıq.
Bir üzümüz ağladısa,
bir üzümüz  gülümsədi,
amma heç zaman,
sızlamadı,
əyilmədi.
məğrur oldu çinar kimi.
nə kitablar anlatdı mənə həyatı,
nə baxdığım onca filmlər.
Mən həyatın keşməkeşliyini 
onun qabarlı əllərində gördüm.
Evimizdə hər yemək qoxusu,
onun halal zəhmətinin ətiri idi.
Verdiyi ən böyük hədiyyə isə,
qızıldan da dəyərli,
nurlu sözləri idi.
Hər şeyə fikir verməz,
çox şeyə qarışmazdı.
kiminsə kölgəsində,
utanıb yaşamazdı.
Bacara bilməsəm də onun qədər olmağı,
ən azından onun kimi olmaq üçün yaşadım.
Ən böyük müəllimim kimdir desəniz,
tərəddüd etmədən onun adını verərdim.
Və atamı,
Tanrı kimi sevərdim.
Kayıt Tarihi : 2.2.2019 21:12:00
 
 
 
 
 Şiiri Değerlendir
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
 
 



Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!