Çən, duman çökübdür gülzarım üstə,
Bir qara rəng gəlib güzarım üstə.
Diz çöküb bu qoşa məzarım üstə,
Sel tək çağlamağın vaxtıdır indi.
Ana, ağlamağın vaxtıdır indi.
Mənim düz sözümə uymadın nədən,
Qəlbümdən keçəni duymadın nədən.
Bizə qəm verməkdəın doymadın nədən,
Qara bağlamağın vaxtıdır indi.
Ana , ağlamağın vaxtıdır indi.
Mən sizi anaram hər addımbaşı,
Könlümə hey axar gözümün yaşı.
Durubdur önümdə qoşa baş daşı,
Ürək dağlamağın vaxtıdır indi.
Ana,ağlamağın vaxtıdır indi.
Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 06:57:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!