ÜZÜ QÜRBƏTƏ
Bir qurumuş kol alıram,
Tikanları bol alıram.
Gecə-gündüz yol alıram,
Üzü qürbətə, qürbətə.
Rahat yuxu yatacaqmı,
Qızılgülə batacaqmı.
Sevdiyinin çatacaqmı,
Sözü qürbətə, qürbətə.
Fələkdən bircə gün çalsın,
Şirin xəyallara dalsın.
Yalanları burda qalsın,
Düzü qürbətə, qürbətə.
Sevdim üzü güləşimi,
Gizlətməyin günəşini.
Söndürməyin atəşini,
Közü qürbətə, qürbətə.
İldırım tək çaxacaqdır,
Yandırıban yaxacaqdır.
Öləndə də baxacaqdır,
Gözü qürbətə, qürbətə.
Kayıt Tarihi : 21.7.2025 06:09:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!