Mən uzaq qaçıram xatirələrdən
Çünki hər birisi bağrımı dəlir,
Dəlinən yerdən qan göyə yüksəlir.
Mən uzaq qaçıram xatirələrdən
Yadıma düşəndə gözümün yaşı,
Bəndi-bərəni də yıxıban aşır.
Mən uzaq qaçıram xatirələrdən
Ağrısı-acısı göz önündədir,
Heykəl tək dayan-dur,köz önündədir.
Mən uzaq qaçıram xatirələrdən
Çox zaman incidir, əzir ruhumu,
Ağır addımlarla gəzir ruhumu.
Mən uzaq qaçıram xatirələrdən
O qədər fikirlər yorubdur məni,
Bağışla.əzizim, unutdum səni.
Mən uzaq qaçıram xatirələrdən
Bu tayda qalıram günahkar kimi,
O tayda durmusan sadiq yar kimi....
Kayıt Tarihi : 3.9.2025 05:09:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!