Uyğusunu men Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3716

ŞİİR


28

TAKİPÇİ

Uyğusunu men

Hələ sənsiyliyin göynəyir yeri,
Qəmli xatirələr çəkilmir geri.
Axı göz yaşından başqa nə verir,
Sevmədim ayrılıq duyğusunu mən.

Söyləmə məhəbbət bir əfsanədir,
Hicran nə, vüsal nə, ayrılıq nədir?
Sənli ümidlərim kiçik, körpədir,
De, necə çəkməyim qayğısını mən.

Xisləti tamahkar, qəlbi yavanlar,
O cahil insanlar eşqi nə anlar.
Əyləncə tək baxır bəzi cavanlar,
Görmürəm sevgiyə sayğısını mən.

Sizi sevməyənə etməyin nifrət,
Səhvini anlayıb qayıdar əlbət..
Eh, neçə müddədtir qalmışam həsrət ,
Yatmıram gecənin uyğusunu mən.
21.11.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 30.4.2018 06:58:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu