Haydar Oğuz Antoloji.com

Heydər Oğuz 09.04.1969-cu il tarixində Saatlı rayonunda anadan olmuşdur. Atası əslən Qərbi Azərbaycandan olduğundan doğma torpaqlarına daha yaxın olmaq məqsədiylə Naxçıvan Muxtar Respublikasına köçmüş və hələ bir yaşına çatmamış balaca Heydərin uşaqlıq dövrü bu diyarda keçmişdir. Keçmiş SSRİ dövründə siyasi aktivlik baxımından ən fəal bölgələrimizdən olan Naxçıvan mühiti onun yetişməsində mühim rol oynamışdır.
Uşaq yaşlarından siyasi dərnəklərə meyl göstərən Heydər Oğuz, müxtəlif mövzularda şeirlər yazmış və o dövrün mətbuat orqanlarında çıxış etmişdir. İlk şeiri 1982-ci ildə “Sovet Naxçıvanı” qəzetində işıq üzü görmüşdür.
Oxuduğu Hüseyn Cavid adına 5 nömrəli orta məktəbi bitirdikdən sonra, sovet ordusunda xidmətə yollanmış, əsgərlikdən qayıdanda isə ölkədə Milli azadlıq hərəkatının başlandığını görmüş və bu mübarizəyə qoşulmuşdur.
1992-ci ildə Türkiyəyə təhsil almağa getmiş, Uludağ Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində oxumuşdur. Təhsilini başa vurub məmləkətinə qayıtmış, o dövrün ən populyar mətbu orqanlarından olan “Hürriyyət” qəzetində əmək fəaliyyətinə başlamışdır.
Hazırda atasından və qardaşından öyrəndiyi diş texnikliyi peşəsiylə məşğuldur və vaxtaşırı öz yazılarıyla bəzi qəzetlərdə çıxış edir.

..

Devamını Oku