© Copyright Antoloji.Com 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Antoloji.Com'a aittir. Sitemizde yer alan şiirlerin telif hakları şairlerin kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.
Şu anda buradasınız:Bahar Aliyeva - Hakkında Yazdığı Tanıtım Yazısı
10 Aralık 2025 Çarşamba - 06:58:19
http://www.youtube.com/results?search_query=bahar+turkel
'Fakt' qəzetindən :
Son dövürlərin ədəbi mühitinin xaotik,nizamsız panoramı bazar iqtisadiyyatının sənətə vurdugu möhür bəzən həqiqi istedadla qrafoman arasındakı sərhədi götürür.Belə halda həqiqi sənət öz ünvanına-oxucuya çatmır.Əksinə,müxtəlif söz yığımından ibarət şer adı ilə oxucuya sırınan boz ədəbiyyat ayaq açıb yeriyir.Bu isə nəticədə oxucu zövqünün korlanmasına gətirib çıxarır.Xoşbətlikdən ara-sıra az-az da olsa əsl istedad sahiblərinə də təsadüf etmək olur.Yeni bir söz,obrazlı deyim tərzi ilə rastlaşarkən istər-istəməz diqqəti çəkir,oxucu müəllifin yaşadığı hissalərin poetikası ilə baş-başa qalır.Bu zaman ruhun təzələnməsi,zövqün cilalanması baş verir.Müəllifin yaşantıları bədii sözə çevrilərək oxucuya həyat eşqi,impuls verir.Bu yaxınlarda Bahar adlı şairənin poetik dünyası ilə tanış olarkən gəldiyim qənaət belədir.Müəllifin kompakt diskə yazılmış lirik şerləri ilə tanış olduqca onun keçirdiyi hisslər,duyğular,məhəbbət yaşantıları çox təbii (bəzən də qeyri-adi,ancaq bu qeyri-adiliyə oxucunu inandırmaq bacarığı hiss olunur ) səslənir.Hər gün eşitdiyimiz gördüyümüz,duyduğumuz məhəbbət şerlərindən fərqli olaraq Baharın yaradıcılığında insan öz maskasını çıxardıb oldugu kimi görsənir : Qəmi ilə,kədəri ilə,həsrəti,vüsalı ilə bir yerdə…
Əl ələ dəymədi,dodaq dodağa
Eləcə öpüşdü nəfəslərimiz
Amma ki,qovuşduq bir adam olduq
Gözlərin odunda əridikcə biz
İlk baxışda ilahi,platonik eşq hekayəsini xatırladan bu fakir aslində insanın saf,minnətsiz məhəbbətinin poetic ifadəsidir və müəllifin zərif duyğularının şerə çevrilmiş inikasıdır.
Baharın diskdə səsləndirilər şerlərinin əksəriyyətində ayrılıq,həsrət motivləri üstünlük təşkil edir.Lakin,poetic qəhraman bu iztirablardan fəryad eləmir,əksinə onu çox məhəbbətlə özünə yaxın buraxır və bu nöqtədə ölməz Fizulinin 'Hicran' ı yada düşür.Şairin şerlərinin çoxunda yağış ifadəsinə rast gəlirik.Bu bəlkə də rəmzi xarakter daşıyır.Çünki,yağış hisslərin,duyğuların təzələnməsi deməkdir,paklıq simvoludur.Və mən Baharın yaradıcılıq dünyası ilə tanış olduqca bu paklığın,səmimiliyin ifadəsinin şahidi oldum.Əməkdar artist Sabir Məmmədovun lirik-romantik ifası,diskdə səsləndirilən həzin melodiya bədii firkin ekspessivliyini daha da artırır,kövrək ovqat yaradır.Müəllifə bədii yaradıcılıq yolunda yeni-yeni uğurlar arzulayıram.
Arzuman.
'Mübariz qadın' qəzetindən :
Baharın 'Gecə yuxularının qapısını bağlama...' adlı şer kitabını əlimə aldım bütün şerləri bir nəfəsə oxudum.Demək olar ki bəyənmədiyim,oxuyarkən qəlbimin titrəmədiyi parçalara rast gəlmədim.Baharın hər bir misrası həzin bulaq suyunun şırıltısı kimi şirin səslənir,xəfif küləklər təki istər-istəməz oxucusunun qulaqlarına dolur.Şerlərdə Baharın ürəyinin böyüklüyü,təfəkkürünün genişliyi,sevigisininsə necə yanğılı alovlandığı duyulur.O,bu sevgini oxucuları ilə ustalıqla paylaşır,onların sevgisinə də şirinlik qatır,sanki onlarla dərdləşir.Ən maraqlısıda odur ki,şairə şerlərinin heç birinə isim verməmişdir.Bu onun şerlərinin dahada cəlb edici olmasına gətirib çıxarır.
Şəirəınin sətir altı ifadələri mənim daha çox xoşuma gəldi.Onun 'Unutmaq istəyirəm,Çıx get yaddaşımdan' deməsində belə misra daxili,gizli sevgiyə yalvarış hiss olunur.Baharın bunun öhtəsindən belə məharətlə gəlməsi oxucuya dərin təsir bağışlayır.
Onun tək bəndli şerlərini qeyd etməmək məncə günah olardı,özü də böyük günah.
Bulaqdan su ola,ağacdan xurma,
Yamyaşıl meşədə bir kiçik koma.
Bir eşq,bir sən,bir də mən olam,
Baxıb gözlərinə əriyəm,axam.
Ah,bilsən mən sənə necə möhtacam.
Son olaraq bildirmək istəyirəm ki bizim kimi bütün gənclərdə Baharın şerlərini kitaba rəy yazan hörmətli yazıçımız Alibala Hacızadə nin inanaraq vurğuladığı kimi kitab əldən-ələ dolaşar.
S.Mirzəyeva
'Açıq fikir' qəzetindən
Hər yeni söz,hər təzə misra bir qəlbin həyəcan dolu çırpıntılarının,həyat və dünya üçün narahatlığının ifadəsidir.O misralar sıralanıb bütöv bir şerə,sonradan isə kitaba çevriləndə sevgi və məhəbbətdən ibarət yeni dünya yaranır...Bu müəllifin poeziya aləmi,səmimi hisslərin cövlan etdiyi intəhasız kainatdır.Kim bu kainata üz tutursa,ömrü boyu onun sehrindən çıxa bilmir;misralar,bəndlər onun yol yoldaşı olaraq,ruhunun ovqatına uyğun şəkildə yaddaşından boy verir:
Gözümü yumuram,səni düşünüb
Şəklini gözümdə saxlamaq üçün.
Bu iki bənddəki obrazlı deyim tərzini bir tərəfə qoyub,sadəcə ovqatın ifadəsinə fikir versək,müəllifin bütün sevənlərə tanış olan iztirablı düşüncəni necə dəqiq əks etdiyini şahidi olarıq.'Qanun' nəşruyyatında çapdan çıxmış 'Gecə yuxularının qapısını bağlama...'adlı şer kitabında kifayət qədər belə tutumlu misralar,bəndlər var.Kitabın muəllifi şairə Bahar xanım öz həyat yaşantılarını,romantik düşuncələrini oxucuları ilə o qədər səmimi bölüşür ki,onların unudulması,yaddan çıxması mümkünsüz olur.
...Bu gün bir dəstə xrizantema aldım
Dəhlizdə,
küncdə duran telefon üçün...
Telefonun obrazlaşdırılması,insanın səs yoldaşı,yaxud qənimi olması yeni hadisə deyil,lakin telefonun dəfni qəlbsarsıdıcı olmaqla bərabər,nakam bir məhəbbətin əzablı sonluğunun yaşantılarının ifadəsi baxımından olduqca orijinaldır.
Bir sözlə,Bahar xanımın 'Gecə yuxularının qapısını bağlama...'kitabında demək olar ki,zahiri tərənnüm yoxdur.Bütün şerlər insanın daxili yaşantılarının əksi,ruhi vəziyyətinin portretidir,kitabın tezliklə geniş oxucu auditoriyası qazanacağına inanırıq.
Kitabın redaktoru İ.Quliyev,rəyçisi və ön sözün müəllifi tanınmış yazıçı Əlibala Hacızadədir.
F.ABBAS
Azərbaycan Milli Elmlər Akademiyasının
M.Füzuli adına əlyazmalar institutunun əməkdaşı
Aqil Novruz oğlu Gəncəli.
Azərbaycan ədəbiyyatı nümayəndələri əsirlər boyu öz əsərlərində
ana vətənin torpağını,elini,obasını,zəhmətkeş insanlarını şifahi xalq ədə -
biyyatı dövründən başlayaraq sonrakı dövrlərdə püxtələşən qələmlə dram,
roman,poema,qəzəl,qəsidə və şerlərində vəsf etmişlər.
Bu şerlər xalqımızı ana laylalarından,bayatılarından tutmuş torp-
aqlarımızın azadlığı uğrunda düşmənlərə qarşı mübarizəyə səsləmişdi.
Hamıya məlumdur ki,Azərbaycanın klassik şer,sənət dünyası XII
əsrdən bu günə kimi ədəbiyyata,şerə,sənətə meyl kişi şairlərdə deyil,incə
zövqlü,xəfif təbiətli qadın şairlərimiz də bu yolda nəinki öz qələmini sınamış,
hətta gözəl zövqlə yazılmış nümunəvi sənət əsərlərini ədəbiyyatımıza,müdrik
xalqımıza bəxş etmişlər.
Bu poeziya nümayəndələri arasında klassik nəslin nümayəndələ-
rindən Məhsəti,Kəminə,Heyran xanım,Ağabəyim bə Natəvan kimi ustad
şairlərimiz özlərinə məxsus dəsti xətləri ilə əsirlər boyu Azərbaycan klassik
ədəbiyyatını zinətləndirmişlər.
XX əsrin 50-60 illərindən başlayaraq M.Dilbazi,M.Gülgün,
H.Billuri N.Rəpibəyli kimi tanınmış söz,sənət ustadı olan şairlərimiz öz
sələflərinin yollarını gözəl,ürək açan şerləri ilə laləzara çevirmişlər.
Hal hazırda vətənin,doğma Azərbaycanın tərənnmümünü qadın
şailər öz incə zövqlü,saf ilhamları ilə vəsf edirlər.
Elə bir zəmanəyə yetişmişik ki, ulduzları adbaad görməsək də
sayırsan.Azərbaycanımızın gözəlliyini,öz poeziya,şer sənəti aləmində
vəsf edən şairələrimizi saymaq çətindir.
Elə bir dövrdə yaşayırıq ki,gənc nəsil şairləri şerə,sənətə
ilhamla,fərəhlə gəlir,xarüqələr yaradır.
XXİ əsrin gənc nəslinin nümayəndələrindən biri də şer,sənət
aləminə öz dəsti xətti ilə gəlmiş, respublikamızın mətbuatında lirik
şerləri ilə oxucu qəlbini oxşayan Bahar xanımın qəlbi riqqətlə vura-
raq dövrünün,zamanının nəbzini özünəməxsus lirikasında vəsf
etmişdir.Bahar xanım ədəbiyyata,şer sənət aləminə təsadüfü gələn
şairlərdən deyildir.Onun həyata vəsiqə almış 'Gecə yuxularının
qapısını bağlama...' lirik,məzmunlu şerlər kitabı gözəl zövqlü,
incə təbiətli müəllifin zövqləri oxşayan,bir-birindən məntiqli,
məzmunlu ürək oxşayan şerləri kitabda öz əksini tapmışdır.
Gözəl,oxunaqlı lirik şerlər çələngi sayılan 'Gecə yuxularının
qapısını bağlama...'kitabının müəllifi bu kitabındakı şerlərində də
bədii portret,peysaj təsvirlərindən məharətlə istefadə etmişdir.
O,lirik şerlərini bütün vəznlərdə ələxüsus heca vəznində böyük
bir məharətlə oxucuya çatdırmış,onun qəlbini ələ ala bilmişdir.
Şairin 'Səni yaradıram öz xəyalımca'sətri ilə başla-
nan şerində üçüncü şəxsin dilindən sevən bir aşiqi göylərə,zir-
vələrə,əl çatmaz,səs yetməz,fövqəlbəşər bir dünyaya,xəyallar
dünyasına çəkib aparır ki,orada onunla,öz müqəddəs məhəbbəti
ilə təklikdə qalsın.Onun gözəlliyini,hürülüyünü öz təxəyyülündə
istədiyi kimi canlandırsın.
Müəllif deyir:
'Səni yaradıram öz xəyalımca
Qul olub səcdənə dayanmaq üçün.
Gözümü yumuram səni düşünüb,
Şəklini gözümdə saxlamaq üçün.
Sənə yaraşacaq söz axtarıram,
Yanına gələndə danışmaq üçün.'
Müəllifin bu misralarından görünür ki,o,açiqin
ürəyindən süzülüb gələn aşiqanə kəlmələrlə lirik bir bədii portret
yaratmışdır.Bu şerdə şair aşiqin sevinc dolu tükənməz məhəbbətini
ildırımlı,şimşəkli hicranla üzləşdirir.
Hicran,ayrılıq,sevgi-məhəbbətlə tərs mütənasibdir.
Hicran sevgi və eşq aləmində aşiq və məşuqun qarşısında qara bir
qüvvə kimi,kabus kimi meydam sulayır.Aşiqlərə dərd üstündən
dərd verir,vüsala yetmək ümidini azaldır.Ümid azalsa da tükənmir,
o sonsuz bir varlıqdır ki,insanları həyata,sevincə,sevmək və sevil-
məyə çağırır.
Müəllif bir şerinin misralarında belə deyir:
'Başım üstə şimşək çaxdı,
Hicranı başıma qaxdı.
Gözlərimdən sellər axdı,
Ümid tutdu əllərimdən.
Bəli,ümid ən son anda insana həyat verici bir qüvvədir
ki,onu əlçatmaz,səs yetməz qaranlıqlardan həyata,günəşə qaldırır.
Şerin sonrakı misraları fikrimizi bir daha təsdiq edir.
'Sevinc əkdim,qəm göyərdi,
Hara yığım bunca dərdi?
Qarşımda ümid közərdi,
Ümid tutdu əllərimdən.'
Bəli,'Gecə yuxularının qapısını bağlama...'
lirik şerlər kitabının müəllifi Bahar xanımın belə gözəl,mənalı
rövnəq şerləri ilə yanaşı bir sıra qəzəlləri də mövcuddur ki,
şairə xanım bu sahədə də bir sıra uğurlar qazanmışdır.
N.Gəncəvi,Füzuli,Xaqani,Nəsimi və sonda Bahidlə
bitən qəzəl məktəbi son illərdə də qəzəl janrını,qəzəl məktəbini
inkişaf etdirən yeni-yeni gənc nəslin nümayəndələri arasında
demək olar ki,gənc şairəmiz Bahar xanım da öz qələmini
sınamışdır.Onun 'Ələnib keçmişəm artıq mən ələkdən o yana.'
misralı qəzəli mən deyərdim ki,Bahar yaradıcılığına ən şah asərdir.
15 hecalı rəməl bəhri üzərində yazılmış bu qəzəldə zülmlə,
əzab-əziyyətlə öz yarına,öz məhəbbətinə qovuşmaq üçün aşiqin
dilindən dilindən fəryad edir.O,deyir:
' Bu qədər olmaz idi kor fələyin zülmü mənə,
Məni fırlatdı fələk,çərxi-fələkdən o yana.
'Sən gərəksən mənə'-söylərkən utandım düzü mən,
Sən gərəksən mənə vallah,bu gərəkdən o yana.'
Müəllif bu qəzəli ilə sübut edir ki,o nəinki, heca
vəznində hətta əruz vəznində də öz sözünü,öz fikrini tamamlaya
bilir.
Bəli,müasir,gənc şair Bahar xanımın şerlərini və
qəzəllərini mən deyərdim ki,hissiz,həyəcansız oxumaq,onu
anlamaq qeyri mümkündür.
'Gecə yuxularının qapısını bağlama...'kitabı da gənc
şairə Bahar xanımın son baharı olmasın.Arzu edək ki,
onun şerləri,qoşmaları,bayatılar,qəzəlləri bahar çiçəkləri
kimi ətrafa yayılıb öz məzmun,məntiq və rövnəqliyi ilə
oxucularının qəlblərini ələ ala bilsin.