Üşüyürüm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3719

ŞİİR


28

TAKİPÇİ

Üşüyürüm


De, hardasan simurq quşu,
Qocalmışam , gedib huşum.
Eh, necə eyləyim nuşu,
Aram-aram üşüyürəm.

Azalmayır iztirablar,
Kömək etmir inqilablar.
Çox ağırdır ittihamlar,
Yaram-yaram üşüyürəm.

Salıb məni yaman dərdə,
Möhtac oldum bir namərdə.
Rəhm eylə gəl Tanrım, mərdə
Param-param üşüyürəm.

Təbəssüm üzdə şah olur,
Nur saçanda sabah olur.
Eh, daha da siyah olur,
Qaram-qaram, üşüyürəm.

Ayrılığa üzülürəm,
Kədər-kədər düzülürəm.
Hala-halal süzülürəm,
Haram-haram üşüyürəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 28.3.2021 17:32:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu