Ay həqiqət umanım,
Varmı vəslə gümanın.
Bu gecənin dumanı,
Ürəyimə çökülmüş.
Sünbülün dənsizliyi,
Ömrümün sənsizliyi.
Fərəhin səssizliyi,
Gözlərimdən tökülmüş.
Qara yol ağararmı?
Üstünə qar yağarmı?
Səadət sağ qalarmı,
Qəddi qəmdən bükülmüş.
Sevinc Arzulu
Kayıt Tarihi : 14.11.2019 07:17:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!